Azərbaycanda 107 milyard dollar hara investisiya olunacaq? - RƏY

media-hightechnic-468x90

Hökumət iqtisadi artım proqnozlarına əsasən ehtimal edir ki, tikintiyə, biznesə qoyulan investisiyalar artacaq.

media-xalid_kerimli1

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı ortamüddətli xərclər çərçivəsində Azərbaycan iqtisadiyyatına 107,2 milyard manat investisiya qoyulacağını şərh edərkən bildirib.

Onun sözlərinə görə, yatırılan investisiyalar təkcə dövlət büdcəsindən olmayacaq:

“İnvestisiyaların yatırılmasında sahibkarlar da rol oynayır. Tutaq ki, sahibkar maşın alırsa, təmir-tikinti ilə məşğul olursa, bu, investisiya qoyuluşu altında təsnifləşdirilir. Dövlət də bu sahədə mühüm rol oynayır. Hər il büdcədən bir neçə milyard dollar investisiya və iqtisadi xarakterli alışlara pul ayrılır. Hökumət iqtisadi artım proqnozlarına əsasən ehtimal edir ki, tikintiyə, biznesə qoyulan investisiyalar artacaq. Konkret olaraq desək, Qarabağ və Şərqi Zəngəzurdakı, həmçinin Abşeron yarımadasındakı tikintilərə, o cümlədən turizm sahəsinə investisiyalar yönləndirilə bilər. Rəqəmlər müəyyənləşdirilərkən mövcud vəziyyət nəzərə alınır və bu, elə də böyük rəqəm deyil”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa