Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Bu barədə Yenicag.az-a qurumdan bildirilib.

Məlumata görə, hərracda özəlləşdirilən 17 müxtəlif markalı və təyinatlı nəqliyyat vasitəsinə ümumilikdə 76 sifariş qəbul olunub ki, bunun 11-i elektron qaydada həyata keçirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3KcwByx)

Növbəti hərraclar 23 və 30 avqust tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 72 nəqliyyat vasitəsi çıxarılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa