!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 6 aylıq körpə öldü

!Reklam – Yazi

Azərbaycanda 6 aylıq körpə ölüb.

Yenicag.az-ın məlumatına görə, ötən ilin iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış “qəbzlik” və “qusma” şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və onun təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.

6 aylıq körpə Bakıya aparılarkən yolda ölüb.

Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb./APA/

COP29

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv