!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda 89 dövlət əmlakı hərraca çıxarılacaq

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 6-da və 13-də özəlləşdirmə hərracları keçirəcək.

Bu barədə Yenicag.az-a nazirlikdən bildirilib.

Məlumata görə, ilk hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, növbəti hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25 nəqliyyat vasitəsi çıxarılacaq. Beləliklə, ümumilikdə 89 əmlak potensial investorlara təklif olunacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Onların səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin isə əksəriyyəti Cənubi Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )

www.yenicag.az

207
Ads
www.veteninfo.com
!Reklam – Arxiv