Azərbaycanda “B” kateqoriyalı sürücülük vəsiqəsi İMTAHANSIZ VERİLƏCƏK? – Ekspert AÇIQLADI

media-hightechnic-468x90

“Azərbaycanda “B” kateqoriyasının imtahansız alınması məsələsi praktiki olaraq qəliz və hətta mümkün olmayan məsələdir”.

Bunu Yenicag.az-a açıqlamaslında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O, Rusiya və bəzi ərəb ölkələrində “B” kateqoriyalı sürücülük vəsiqələrinin imtahansız alınması ilə bağlı təsdiqlənən qanunların gələcəkdə Azərbaycanda da ola bilməsi ehtimallarına münasibət bildirib.

Mütəxəssis əlavə edib ki, sözügedən məsələ faktiki olaraq hazırda ölkəmizdə bu mümkün deyil:

“Azərbaycanda “B” kateqoriyasının imtahansız alınması məsələsi praktiki olaraq qəliz və hətta mümkün olmayan məsələdir. Çünki, bu gün Azərbaycanda sürücülərin 70%-i minik avtomobillərini elə “B” kateqoriyası ilə idarə edir. Sadəcə, Rusiyada belə bir dəyişiklik gündəmə gəlib ki, bu kateqoriyada yüngül mühərrikli, əsasən, kvadrosikl, tresikl, moped, motosiklet kimi buna bənzər nəqliyyat vasitələrinin idarəetmə hüququ reallaşa bilər. Bu müzakirə edilir. Bu da “B” kateqoriyasına aid oluna bilər”.

O, diqqətə çatdırıb ki, müzakirələrə görə, əgər sürücülər “B” kateqoriyasında sürücülük vəsiqəsi alıblarsa, gələcəkdə adıçəkilən nəqliyyat vasitələrini də idarə edə biləcəklər:

“Bu müzakirənin isə təsdiq edilib-edilməyəcəyi hələ məlum deyil. Ona görə də indidən tələsməyə ehtiyac yoxdur. Qəbul edilsin, işləsinlər, uyğun bir variant olarsa təbii ki, Azərbaycanda da bunun həlli mümkün ola bilər. Sadəcə olaraq təcrübəyə baxmaq lazımdır ki, bu nə dərəcədə effekt verir”.

“Bizdə həmin nəqliyyat vasitələrini idarə etmək üçün “A1” altkateqoriyası var. Ruslar isə bunu gətirib “B” kateqoriyasına birləşdirirlər. Başqa heç bir dəyişiklik yoxdur. Azərbaycanda isə bu praktiki olaraq mümkün deyil. Gələcəkdə hansısa vasitə ilə “B” kateqoriyasında idarəetmə hüququ verən bir neçə variant qoymaq olar ki, onlar bir neçə nəqliyyat vasitəsi idarə edə bilər. Buna gələcəkdə baxıla bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600