Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 722,1 mln. manat kompensasiya ödənilib

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Yenicag.Az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 722,131 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,981 mln. manat, “Zaminbank” ASC – 52,469 mln. manat, “Kredobank” ASC – 27,77 mln. manat, “Dekabank” ASC – 3,086 mln. manat, “Atrabank” ASC – 14,271 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,148 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,364 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 434,092 mln. manat kompensasiya alıblar.

Yenicag.Az

www.yenicag.az

88