Azərbaycanda bir gündə 560-dan çox yoluxma - Vəfat edən var

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600