Azərbaycanda bir ilk

media-hightechnic-468x90

lllllllllllllAzərbaycanda ilk dəfə olaraq sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib.

Bununla bağlı keçirilən tədbirdə Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bildirib ki, Azərbaycan təbabət tarixində ilk dəfə olaraq may ayında qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi icra edilib.

“Əməliyyat Talassemiya Mərkəzində yerli mütəxəssislər tərəfindən həyata keçirilib. Lakin əməliyyat zamanı onlara belaruslu həkimlər dəstək olublar. Hazırda xəstələrin vəziyyəti yaxşıdır və evə yazılmaq ərəfəsindədirlər”, – deyə o vurğulayıb.

R. Rzayev bildirib ki, əldə etdikləri nəticələrdə Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondu mühüm rol oynayıb: “Bu cür əməliyyatlar sırf dövlət hesabına həyata keçirilir və həkimlərimiz daim xarici ölkələrdə kurslarda , seminarlarda iştirak edirlər”.

Talassemiya Mərkəzinin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva isə bildirib ki, onlara sümük iliyinin köçürülməsi ilə 24 nəfər xəstə müraciət edib: “Onlardan 10 nəfər əməliyyat üçün seçilib. Oktyabrda 4 nəfər əməliyyat olunacaq”.

media-ziraat-728x90

Azərbaycanda bir ilk..

media-hightechnic-468x90

iiAzərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında pompalardan istifadə olunacaq.

Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Yeganə Sultanov açıqlamasında deyib ki, yeni 90 ədəd pompalar 3-18 yaş arası 90 nəfər uşaq üçün nəzərdə tutulub. Pompalar dövlət tərəfindən mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunub və pulsuz formada uşaqlara tətbiq ediləcək.

Pompanın insulinin yeridilmə metodu olduğunu söyləyən Y. Sultanova qeyd edib ki, bunun adi insulinin vurulmasından fərqli cəhətləri var: “Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, nə qədər az və ya çox olması kənardan proqramlaşdırılır. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha gözəl kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur. Onun da iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şunur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu, proqrama uyğun olaraq uşaqlara insulin yeridilir”.

Direktor müavini qeyd edib ki, pompa şəkərli diabetlə xəstə olan uşaqlara tətbiq olunacaq və burada müəyyən meyarlar var. Onun sözlərinə görə, mərkəzə gələn hər bir uşağa bunu tətbiq etmək olmaz: “Bu gün mərkəzdə Bakı şəhəri üzrə 380 nəfər uşaq var. Bunların hamısına pompa taxıla bilməz. Müəyyən yaş həddində, müəyyən təlimli olan, özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar uşaqlara bunu tətbiq etmək lazımdır. Lakin psixoloji xəstəliyi olan, təlimli diabetə yaşamaq bilik və bacarığı olmayan uşaqlara bunları qoymaq olmaz”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600