Azərbaycanda bir nəfərə düşən daxili məhsul 922 manat olaraq hesablandı

media-hightechnic-468x90

2022-ci ilin yanvar ayında ölkədə 9 milyard 257,6 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.

Yenicag.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,8 faiz artıb.

ÜDM istehsalının 54,4 faizi sənaye, 8,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600