Azərbaycanda bu kəndin əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq

media-hightechnic-468x90

Zərdab rayonunun Dəkkoba kəndinin əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum görüləcək işlərin müqabilində şirkətə 10,5 milyon manat ödəməyə hazır olduğunu da bildirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Zərdab rayonunun Dəli Quşçu inzibati ərazi vahidində kəndin əvvəlki adı Məcidoba olub. Yaşayış məntəqəsi XIX əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranıb. Oykonim “Dəkkə kəndinin obası” mənasındadır. “Oba, oymaq” mənasında olan dəkkə sözü Benqaliyanın ən qədim Şəhərlərindən biri və paytaxtı olan Dakka şəhərinin adında da qorunub saxlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600