Azərbaycanda bu stadion təmir olunacaq

media-hightechnic-468x90

Şəki Şəhər Stadionu təmir olunacaq.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, stadionun təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Nazirlik sözügedən işlərin icrasını “Az.Arxitektura” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 55 min manat ödənilib.

Qeyd edək ki, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda III MDB Oyunları keçiriləcək.

Oyunların keçiriləcəyi bölgələrdən biri də Şəki olduğundan şəhər stadionunun təmir olunacağı bildirilirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600