Rəsmi Moskva sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi xəbərini təkzib edib
Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etməsinə dair xəbər feykdir.
Yenicag.az xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
O, “The Economist” jurnalının xəbərini saxta adlandırıb.
Dmitriyev qeyd edib ki, sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək.
Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.













