Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 497 vaksin vurulub.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 232 234 təşkil edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa