Azərbaycanda dəhşətli qəza baş verdi
Bu gün saat 17:00-da Şəkinin Layski kəndində dəhşətli yol qəzası baş verib.
Hadisə kəndin girəcəyində qeydə alınıb.
Belə ki, iki “Jiquli” toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Dünyasını dəyişən 1983-cü il təvəllüdlü Xəyal Abdulrahmanov, 1983-cü il təvəllüdlü Sadiq Abdullayev, 1984-cü il təvəllüdlü Ruslan Yusifov və 1989-cu il təvəllüdlü Səxavət Məhəmmədhəsənovdur.
Qəza zamanı ağır yaralanan 1967-ci il təvəllüdlü Toğrul Bayramov xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisə avtomobillərin yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.