Azərbaycanda deputat mandatından imtina etdi

media-hightechnic-468x90

ali meclis mandatt45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsinin səbəbi məlum olub.

Yenicag.az APA-ya istinadən verdiyi məlumata görə, 1 noyabr 2016-cı ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə 45 saylı Aza Seçki Dairəsindən deputat seçilmiş İlhamə Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının seçki qanunvericiliyin uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilməsi barədə sərəncam imzalayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600