Azərbaycanda dörd məhkum ölüb

media-hightechnic-468x90

turme-mehbusAzərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar – 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.

Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçıdır. O özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600