!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əcnəbi tələbə PLANI: “Onların ölkəmizdə təhsil almalarını stimullaşdırmaq üçün...”

!Reklam – Yazi

“Universitetlərimizin beynəlxalq miqyasda tanınması onların reytinq cədvəlindəki mövqeyini göstərən əsas amillərdən biridir”.

Bu fikirləri əcnəbi tələbələrin sayının artmasının Azərbaycan təhsilinə təsiri haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əsas hədəf Avropanın güclü təhsil sistemi olan ölkələrin tələbələrini cəlb etmək olmaldır.

“Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda beynəlxalq təhsil imkanlarının dəyərləndirilməsi ilə bağlı forum keçirildi. Bu forumda ölkədə təhsil alan əcnəbi tələbələrin sayının artıq 10 minə çatdığı qeyd edildi.

Rəsmi statistikaya görə, Azərbaycanda 110 ölkəni təmsil edən tələbələr təhsil alsa da, onların əsas hissəsi Türkiyə, İran, Gürcüstan və Pakistan vətəndaşlarıdır. Əcnəbi tələbələrin Azərbaycanda təhsil almalarını stimullaşdırmaq üçün elə addımlar atılmalıdır ki, Avropanın güclü təhsil sisteminə malik ölkələrinin vətəndaşları da buna maraq göstərsin.

Universitetinin nüfuzu və onun dünya reytinqində mövqeyini müəyyənləşdirən əsas meyarlardan biri də konkret ali təhsil müəssisəsinin beynəlxalq miqyasda necə tanınmasıdır. Təəssüf ki, universitetlərimiz uzun müddət bu tendensiyadan xeyli geri qalıblar.

Nəhayət ki biz bu il əcnəbi tələbələr sayında 10 minlik həddə çata bildik. Universitetlərimizin beynəlxalq miqyasda tanınması təhsilin keyfiyyətinin artmasına da təsir edir. Hazırda ən çox xarici tələbəsi olan ali məktəb Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Odlar Yurdu Universitetidir”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv