!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda elektron diplomların verilməsi: Prosesin tətbiqi nə qədər realdır? - ŞƏRH

!Reklam – Yazi

Son illər ölkədə rəqəmsallaşmanın sürətlə inkişaf etməsi müşahidə olunur. Tələbələrin siyahıları bir neçə qurumun elektron reyestrindədir. Yəni tələbə miqrasiyasına nəzarət üçün hökumətin yetərli imkanları var. Lakin tələbəyə diplom vermək səlahiyyəti universitetlərə verilmir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə diplomların kağız daşıyıcılarla təqdimatına ehtiyac qalmayacaq.

“Doğrudur ki, son zamanlar rəqəmsallaşma istiqamətində müəyyən işlər görülür. Eyni zamanda, təhsil sektorunda da bu istiqamət üzrə müvafiq dövlət sənədlərinin elektronlaşdırılması işləri aparılır. Bura orta təhsil müəssisələri ilə yanaşı, orta ixtisas və ali təhsil müəssisələri daxildir. Artıq hər bir şagird, bakalavr və subbakalavr, magistr haqqında müəyyən informasiyaları elektron portal vasitəsilə əldə etmək mümkündür. Hətta universitetlərin də tələbələr haqqında şəxsi kabineti olan bir datası formalaşıb.

Fikrimcə, publik hüquqi şəxs statusunu alan universitetlər tələbəyə diplom təqdim edə bilərlər. Beynəlxalq təcrübəyə baxsaq, Avropa, Amerika, Kanada və digər ölkələrdə yerləşən universitetlər birbaşa öz diplomlarını tələbəyə verə bilirlər. Yəni bunun üçün nazirliyə müraciət olunmur.

Ölkəmizdə diplomlarda Elm və Təhsil Nazirliyinin adı keçə bilər, amma universitet özü diplom verə bilmək iqtidarında olmalıdır. Qarşıdakı 10-15 il ərzində diplomların kağız daşıyıcılarla təqdimatına ehtiyac qalmayacaq. Çünki hamısı elektron bazada olacaq”.

Gülşən Şərif

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv