Azərbaycanda ən yüksək keçid balı olan universitet

media-hightechnic-468x90

Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları açıqlanıb.

Bakı Ali Neft Məktəbi (BANM) yüksək keçid balları ilə fərqlənib. Xüsusilə texniki və informasiya texnologiyaları sahələrində tədris olunan ixtisaslara tələbatın artdığı müşahidə olunur.

Ən yüksək keçid balı 687.1 ilə “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qeydə alınıb. Onu 678.0 balla “Kimya mühəndisliyi” və 673.5 balla “Kompüter elmləri” (tədris ingilis dilində) ixtisasları izləyir.

Digər İxtisaslar üzrə bəzi keçid balları:

Kompüter mühəndisliyi – 673.0
Neft-qaz mühəndisliyi – 668.3
Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 655.9

BANM-in II qrup üzrə təqdim etdiyi “Biznesin idarə edilməsi” ixtisasında da maraq yüksək olub. Bu sahə üzrə keçid balı 653.4  təşkil edib./Modern.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600