!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda güclü zəlzələ olacaq? - Bir həftədə ÜÇ ZƏLZƏLƏ...

!Reklam – Yazi

Ötən həftədə Azərbaycanda 7 gün ərzində 3 zəlzələ qeydə alınıb.

Sonuncu 3.7 maqnitudalı təkan cümə axşamı günü Xəzər dənizində baş vermişdir.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev  Referans.az-a açıqlamasında son günlər ölkədə olan seysmik aktivliyin artmasının səbəblərindən danışıb.

“Bu təkan Talış seysmik zonasına yaxın seysmik ocaqdır. Bu seysmik ocaq geoloji və geodinamik baxımdan cənubi Xəzər çökəkliyində yerləşir. Son zamanlar baş verən zəlzələlər mənim əvvəlki müsahibələrimdə qeyd etdiklərimin təzahürüdür. Belə bir hiss olunan və nəzərə çarpan seysmik aktivlik davam edəcək. Ən azından 2024-cü ilin sonuna qədər bu zəlzələlərin baş mümkündür”.

Mütəxəssis bildirib ki, hiss olunan zəlzələlər nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada artıb.

“Ötən gün Taylandda da hiss olunan zəlzələ qeydə alınıb. Güclü və dağıdıcı zəlzələlərin Azərbaycan ərazisində baş verməsinə inanmıram. Çünki bizim yerdəyişməmiz, dərinlikdə baş verən proseslər, digər ölkələrin ocaqları kimi intensiv aktiv deyil. Düzdür, hərəkətli zonada yerləşirika amma digər ölkələrlə müqayisəli nəzər salsaq, Yaponiya, Çin, Türkiyə, İtaliya, Yunanıstan və s. kimi ölkələrdən aktivlik baxımından geridə qalırıq”.

Ekspert qeyd edib ki, hiss olunan zəlzələlər dedikdə 4-4.5-5.5 bal maqnitudalı zəlzələlər nəzərdə tutulur. Sadalanan aktivlikdə zəlzələlərin artmasının səbəbi isə dövrilikdir.

“Dünya üzrə zəlzələlərin artmasının əsas səbəbi Etna vulkanının son illərdə aktivləşməsidir. Uzun illər idi ki, bu vulkan “səssiz” idi. Son bir neçə ildə isə tez-tez püskürür. Bu da dövriliyin bir parçasıdır. Bizim qonşu ocaqlarda da gördüyünüz kimi aktivləşmə müşahidə olunur. İranda, Ermənistan ərazisində, Türkiyə və Gürcüstanda qonşu ocaqlar aktivləşməkdədir. Nəticə etibarı ilə Azərbaycana qonşu ərazilərdə yerləşən seysmik ocaqlar da hərəkətdədir hazırda. Dinamika davam edir”.

COP29

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv