Azərbaycanda icbari sığorta bazarı böyüdü

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 301,330 milyon manat sığorta haqqı toplanılıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 120,841 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur.

Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa