Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadınlardır

media-hightechnic-468x90

“Ölkəmizdə koronavirusa yoluxanların 54 faizi qadınlardır”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib.

Ramin Bayramlı bildirib ki, bugünkü test sayı 4127, ümumi test sayı isə 114 410-dur:

“Ümumi yoluxma 1592, ölüm halı isə 21-dir. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir. Bu xəstələr əsasən Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”da olanlardır”.

Gülşən Şərif

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa