Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu yerlər açıqlandı – SİYAHI

“Bakı, Sumqayıt, Abşeron şəhərləri koronavirusa yoluxma riskinə görə ilk pillələrdədir”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, alınmış tədbirlər yoluxma hallarının azaldılmasına hədəflənib.