Bişkekdə Azərbaycan-Qırğızıstan Gənclər Konfransı keçirildi - FOTO

media-hightechnic-468x90

Qırğızıstan Milli Kitabxanasında “İslahatçı Gənclər” İctimai Birliyi və Qırğızıstan Gənclər Parlamentinin birgə təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bişkekdə Azərbaycan-Qırğızıstan Gənclər Konfransı keçirilib. Konfrans “Türk dünyası gənclərinin birlik və əməkdaşlıq missiyası” layihəsi çərçivəsində baş tutub.

Yenicag.az xəbər verir ki, konfransda Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Bişkek Dövlət Universitetinin rektoru Dıldayev Mirlan, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin əməkdaşı Cümadılov Qılımbek, “Birlik” Diaspor Təşkilatının sədri Xansuvar Baxşəliyev, “Vətəndaş İdeyaları Fondu” ictimai fondunun direktoru Asel Amanova, Türk Dünyası Gənclər Vəqfinin Qırğızıstan təmsilçisi Burak Can və çox sayda gənclər iştirak edib.

Konfransda çıxış edənlər Azərbaycan və Qırğızıstan arasında son illərdə dinamik şəkildə inkişaf edən siyasi, iqtisadi və humanitar əlaqələrə diqqət çəkiblər. Bildirilib ki, Prezident İlham Əliyev və Prezident Sadır Japarovun qarşılıqlı səfərləri, imzalanan strateji əməkdaşlıq sənədləri, dostluq və qardaşlıq ruhunda davam edən siyasi dialoq gənclər arasında əməkdaşlıq üçün də möhkəm baza yaradıb. Qeyd olunub ki, dövlət başçılarının formalaşdırdığı yüksək səviyyəli münasibətlər iki ölkənin gənclərinə yeni perspektivlər açır və birgə layihələrin reallaşdırılmasına xüsusi stimul verir.

Bu baxımdan konfransın keçirilməsi Prezidentlərin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Azərbaycan-Qırğızıstan dostluğunun və əməkdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilib.

İştirakçılar iki ölkə gəncləri arasında humanitar, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində tələbə mübadiləsi, birgə startap layihələri və gənclərin liderlik potensialının artırılmasına dair təkliflər müzakirə olunub. Həmçinin konfransın gələcəkdə müntəzəm şəkildə keçirilməsinin Azərbaycan-Qırğızıstan gəncləri arasında qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, dünyadakı yeni çağırışlar fonunda Türk dünyası gəncləri arasında informasiya mübarizəsi sahəsində birgə əməkdaşlıq genişləndirilməlidir.

                 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa