Azərbaycanda məhkəmə hakimliyi üçün bu tələb ləğv edilir

media-hightechnic-468x90

Azərbaycanda 30 yaşdan aşağı olan şəxslər hakim vəzifəsinə namizəd ola biləcəklər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 93-cü maddəsində (“Hakim vəzifəsinə namizədlərə aid tələblər”) “yaşı 30-dan aşağı olmayan” sözləri çıxarılması təklif olunur.

Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qanunun hazırki varinatı isə belədir: “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05