Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

media-hightechnic-468x90

“Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilik aktları, qanunlarla və digər sənədlərlə tanış ola biləcəklər.

A.Səmədzadə vurğulayıb ki, doğum və ölümün dəqiq statistikasının aparılması çox vacibdir: “Biz pandemiya dövründə bununla bağlı çətinliklərlə üzləşdik. Nəticədə çox vacib işlər gördük. Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600