Parisdə yəhudi məktəbinə hücum edildi
Paris prokurorluğu Fransanın paytaxtında yəhudi məktəbinə qarşı törədilmiş vandalizm aktları ilə bağlı istintaqa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Agence France-Presse” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, “Bet Lubaviç” məktəbinə hücum Parisin XX dairəsində baş verib. Binanın pəncərələri sındırılıb, fasaddan videokamera və xatirə lövhəsi qoparılıb.
Paytaxt prokurorluğu din əleyhinə motivlərlə təşkil olunmuş qrup tərəfindən əmlakın zərər görməsi işi üzrə istintaqa başlayıb. Rayon polis komissarlığı isə təqsirkarların axtarışına başlayıb./Report/












