Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

media-hightechnic-468x90

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkədə şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Bildirilib ki, saat 12:00-a olan məlumata əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 13 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-7 dərəcə isti qeydə alınıb.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05