Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri | 2023-cü ilin yanvar-aprel aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 471,7 | 131,1 | 33,7 |
Ağ neft, min ton | 179,5 | 107,3 | 28,3 |
Qazoyllar (dizel yanacağı), min ton | 751,5 | 126,1 | 107,8 |
Mazut, min ton | 3,1 | 8,5 | 1,7 |
Sürtkü yağları, min ton | 21,1 | 146,5 | 7,3 |
Maye qazlar, min ton | 91,7 | 124,1 | 1,6 |
Neft koksu, bitumu və məhsullarının digər qrupları, min ton | 365,2 | 89,6 | 45,6 |
ondan: | |||
neft bitumu, min ton | 55,4 | 56,8 | 9,7 |
neft koksu, min ton | 84,3 | 145,8 |
www.yenicag.az