Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artdı
Bu ilin III rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 185 min 101 manatlıq 2 233 fırıldaqçılıq halı baş verib.
Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, II rüblə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 3,9 dəfə çoxdur.
Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 28,4 % azalaraq 308 min 668 manata düşüb, fırıldaqçılıq hallarının sayı isə 59,6 % artaraq 7 669-a çatıb.












