2023-cü ilin aprelin 1-nə olan məlumata əsasən Azərbaycanda 817 iri müəssisə var.
Yenicag.az xəbər verir ki, son bir ildə iri müəssisələrin sayı 213 ədəd artıb.
Son bir ildə ən çox iri müəssisə tikinti, emal sənayesi, ticarət sahələrində yaradılıb.
Tikinti sahəsində ötən ilin birinci rübündə 75 iri müəssisə var idi. Bu ilin eyni dövründə burada olan iri müəssisələrin sayı 184-ə yüksəlib. Bir il ərzində tikinti sektoru üzrə 109 əlavə müəssisə yaranıb.
Emal sənayesində bir il əvvəl 102 iri müəssisə olduğu halda, hazırda 125 ədəd, ticarətdə 106 müəssisə olduğu halda hazırda 144 ədəd iri müəssisə fəaliyyət göstərir.
Ölkəmizdə olan iri müəssisələrin daha çox hissəsi Bakıda yerləşir.
Bakıda 644 iri müəssisə fəaliyyət göstərir ki, bu da bütün iri müəssisələrin 78,8 faizini təşkil edir.
Bir il əvvəl paytaxtda 438 iri müəssisə var idi. Ötən müddətdə onların sayında 206 ədəd artım qeydə alınıb.
www.yenicag.az