Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda poliklinikanın şöbə müdiri koronavirusdan ölüb

Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.

Poliklinikadan Yenicag.az-a bildirilib ki, o, iki gün əvvəl işə gələrkən səhhətində problemlər olduğunu deyib.

Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib: “KT müayinəsinin nəticəsində onda “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”.

62 yaşlı həkimin şəkər xəstəliyi də olub.

 

Poliklinikadan bildirilib ki, hazırda tibb müsəssisəsində koronavirusa yoluxan başqa tibb işçisi yoxdur.

Qeyd edək ki, mətbuatda həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü yazılıb.

TƏBİB-dən bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb: “Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”./Report/

www.yenicag.az

332
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100