Azərbaycanda polis əməkdaşı yol qəzasına düşüb

media-hightechnic-468x90

8e8c025db0081cd08ff8b1e9f6058075Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.

“Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər.

Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600