Azərbaycanda qaçqın statusu alanlara vəsiqə veriləcək

media-hightechnic-468x90

milli_mejlisAzərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bənd əlavə təklif edilir. Təkilf olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində – qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Başqa sözlə, Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü – qaçqın vəsiqəsi veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600