Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ötən gün Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1273
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM