Fələstin xalqı SATILDI: Ərəb taxtları uğrunda edilən qanlı SUSQUN RAZILIQ
“Yəhudi faşizminin alman faşizmindən heç bir fərqi yoxdur”.
Bu sözləri İsrailin HƏMAS-ı məhv etmək üçün keçirdiyi əməliyyatlar və gözlənilən nəticələri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, fələstinlilərin məhvi üçün ərəb ölkələrində xeyir-dua alınıb:
“İsrailin HƏMAS-ı məhv etmək üçün keçirdiyi əməliyyatın xeyir-duasını ərəb rəhbərləri verdi. Tramp Səudiyyədən, Qatardan, Suriyanın indiki rəhbərindən razılıq alıb, İsrailə də deyib ki, işini gör. Murdar ərəb rəhbərləri ancaq özlərini, hakimiyyətlərini düşünür. Fələstinlilər kimsəsiz qalıb, onları məhv edirlər və ərəb ölkələri də buna göz yumur. Yəhudi faşizminin alman faşizmindən heç bir fərqi yoxdur – faşizm faşizmdir”.
Səxavət Məmməd