Reklam

Reklam

“Topaz” mərc şirkəti rəsmi qeydiyyatdan keçdiyi gündən etibarən Azərbaycanda xidmət göstərən “qara bazar”ın fəaliyyətinə də qismən son qoyuldu.

Düzdü, əvvəlki kimi olmasa da, indi də müxtəlik obyektlərdə gizli şəkildə fəaliyyət göstərən bukmeker kontorlarına rast gəlmək mümkündür. Fəaliyyət göstərənlər isə “krişası” güclü olanlardır. “Qara bazar”ın qadağan olunmasına baxmayaraq, hələ də bina zirzəməlilərində, çayxana işlətmək adı altında bu işlə məşğul olanlar var.

Bundan başqa, Azərbaycan vətəndaşları internet üzərindən də xarici bukmeker kontorlarında öz şanslarını sınayırdılar. Lakin “E-topaz”ın da fəaliyyətə başlamasından sonra onların da çörəyinə “bais oldular”. Əslində, ilk baxışdan doğru addımdır. Ən azından bəllidir ki, “Topaz” rəsmi mərc şirkətidir və dövlət təminatı var.

Bəs, digərlərinin? Məsələn, bir çox mərc həvəskarları pul qazanmaq məqsədi ilə “bet365”-ə üz tuturdu. Lakin hazırda kompyuterlə bu sayta da Azərbaycandan giriş qadağan edilib.

Yenicag.az xəbər veri ki, ölkəmizdə son zamanlarda məşhurlaşan digər bir xarici mərc şirkəti isə “90golden.com” domeni adı altında fəaliyyət göstərir. Lakin sonradan bu saytda da Azərbaycandan giriş qadağan edildi. Xaricdən idarə olunan kontorun başbilənləri isə yüksək gəlirdən olmamaq üçün “parkinq” domen üsuluna əl atdılar. Sistem olduğu kimi qalır, sadəcə, domen dəyişir. Yəni əvvəlki “90golden.com” indi olub “90golden90.com”…

Nə uduşa təminat var, nə də ki, yaranan problemə görə təzminat və ya sığorta…

İstifadəçilərdən birinin üzləşdiyi problem də bunu deməyə əsas verir. Məsələ burasındadır ki, sözügedən bukmeker kontorunda yenicə “cash out” sistemi istifadəyə verilib. Bu isə o deməkdir ki, əgər pul yatırdığınız oyunun gedişatı sizi qane etmirsə, müəyyən faizi geri çəkmək imkanınız var.

Lakin, bu da heç etibarlı deyil. Məsələn, istifəçilərdən biri “cash out” sisteminə güvənərək, 8 kupona mərc edib. Lakin sistemdə onun geri çəkə biləcəyi məbləğ “0” göstərilib. O isə öz növbəsində “canlı dəstək” bölməsində problemin nədən ibarət olduğunu öyrənib. Şirkət əməkdaşları gah “cash out” sisteminin kuponları qəbul etmədiyini bildiriblər, gah da saytda texniki nasazlığın olduğunu söyləyiblər. Halbuki üzərindən bir neçə dəqiqə keçdikdən sonra “cash out” sistemi bərpa olunub və 5 saniyə sonra yenidən məbləğ sıfırlanıb.

İstifadəçi şikayət etmək, mövcud problemin aradan qaldırılması üçün şirkət əməkdaşlarından Bakıda ofislərinin olub-olmadığını soruşsa da, müsbət cavab ala bilməyib. Onlar paytaxtımızda ofislərinin olmadığını bildiriblər. Belə olan halda itirən tərəf yenə də “90golden90.com”un istifadəçisi olub. Bu durumda bir daha aydın olur ki, ölkə xaricində fəaliyyət göstərən şirkətin heç bir təminatı yoxdur.

Məsələni hüquq müstəvisində araşdırmağa davam edəcəyik…

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 988
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."