!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin tvitinə yazdığı cavabla 70 milyon qazandı və ... - Misli görülməmiş fırıldaq

!Reklam – Yazi

Silikon Vadisində mühəndis olduğu bildirilən Yaron Oren Pines adlı biri Trampın tvitinin altına yazdığı şərh sayəsində Nyu-York Bələdiyyəsinə 1450 respiratoru nağd ödənişlə satıb.

Yenicag.az xəbər verir ki, pulu aldığı gündən bəri isə təslim edilən hər hansı bir cihaz olmayıb.

Tramp “General Motors”un tənəffüs cihazları istehsalına başlamalı olduğunu Tvitterdə elan etmişdi. Yaron Oren Pines eyni tvit altında vaxt itirmədən nəfəs alma cihazları təmin edə biləcəyini yazıb və ona zəng olunmasını tələb edib.

Göründüyü kimi kimsə ona zəng edib 69,100.000 dollar dəyərində müqavilə imzalayıb və bütün məbləğ 3 gün ərzində ona verilib.

Nyu-York Bələdiyyəsi çaxnaşma içərisində Yaron Orensin, pulun və ən əsası respiratorların izinə düşüb. Çünki bu günə qədər Nyu-Yorka çatdlrılan bir tənəffüs aparatı belə yoxdur.

COP29

www.yenicag.az

1452
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv