!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qızıl ucuzlaşır

!Reklam – Yazi

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, martın 31-də qızılın qiyməti martın 30-u ilə müqayisədə 46,5035 manat (1,6 faiz) azalaraq 1 unsiya üçün 2 855,116 manat təşkil edib.

Gümüş 1,2227 manat (2,93 faiz) ucuzlaşaraq 1 unsiya üçün 40,5768 manata bərabər olub.

Platinin qiyməti 23,12 manat (1,16 faiz) azalaraq 1 974,5075 manat, palladiumun qiyməti 104,703 manat (2,42 faiz) artaraq 4 427,0295 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 152,745 manat (5,1 faiz) ucuzlaşıb, gümüş 5,861 manat (12,6 faiz) ucuzlaşıb, platin 105,0685 manat (5,1 faiz) ucuzlaşıb, palladium 306,8585 manat (7,4 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 110,3045 manat (4 faiz) bahalaşıb, gümüş 16,5783 manat (69,1 faiz) bahalaşıb, platin 732,8785 manat (69 faiz) bahalaşıb, palladium 436,8065 manat (10,9 faiz) bahalaşıb.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv