Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenicag.az-ın məlumatına görə, noyabrın 16-da qızılın qiyməti noyabrın 13-ü ilə müqayisədə 11,628 manat (0,36 faiz) azalaraq 1 unsiya üçün 3 210,8155 manat təşkil edib.

Gümüş 0,4705 manat (1,11 faiz) ucuzlaşaraq 1 unsiya üçün 42,063 manata bərabər olub.

Platinin qiyməti 39,032 manat (2,54 faiz) artaraq 1 576,495 manat, palladiumun qiyməti 18,8955 manat (0,47 faiz) azalaraq 3 968,8285 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 30,3365 manat (0,9 faiz) ucuzlaşıb, gümüş 0,8261 manat (2 faiz) bahalaşıb, platin 108,2135 manat (7,4 faiz) bahalaşıb, palladium 47,4045 manat (1,2 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 717,5955 manat (28,8 faiz) bahalaşıb, gümüş 13,2322 manat (45,9 faiz) bahalaşıb, platin 75,497 manat (5 faiz) bahalaşıb, palladium 1 004,3685 manat (33,9 faiz) bahalaşıb.

www.yenicag.az

111