Azərbaycanda qripə bənzər xəstəlik aşkarlanıb

media-hightechnic-468x90

 

qripSon 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstədən material götürülərək Respublika Taun Əleyhinə Stansiyasında (RTƏS) müayinə olunub.

RTƏS-ın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, ötən ilin oktyabrından aparılan müayinələr nəticəsində onlardan 5-də paraqrip, 6-da isə adena virus aşkarlanıb. R. İsmayılova qeyd edib ki, bunlar qrip deyil, qripə bənzər xəstəliklərdir: “Simptomatikası oxşayır, yüksək hərarət, boğaz ağrısı, öskürək olur. Ümumilikdə isə patogen qrip aşkarlanmayıb. Müraciətlər əsasən, kəskin respirator viruslarla bağlı olub. 17 yaşına qədər uşaqlar isə ümumi müraciətlərin 20%-ni təşkil edib”.

Şöbə müdiri qeyd edib ki, insanlar xəstələndikdə, hansısa narahatlıqları olduqda müvafiq tibb müəssisələrinə müraciət etməlidirlər. Onun sözlərinə görə, RTƏS-ın laboratoriyasına müayinə materialları yalnız tibb müəssisələrindən daxil olur. Hazırda vəziyyət stabildir və artım yoxdur.

Yenicag.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600