Azərbaycanda saxlanılan erməniyə baş çəkdilər

media-hightechnic-468x90

96ead37be00da14dc26def7ee15492a1Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları martın 22-də təmas xəttini keçmiş erməni hərbçiyə baş çəkib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, başçəkmə aprelin 27-də olub. Ona ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

Qeyd edək ki, martın 22-də 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600