Azərbaycanda şəhid oldu, ABŞ-da nənəsinə bayraq təslim edildi - Türk diasporundan örnək addım

media-hightechnic-468x90

Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin hücumlarına qarşı başladığı hərbi əməliyyatlarda şəhid olan Məhərrəm Səmədovun Amerikada yaşayan nənəsinə Azərbaycan bayrağı təqdim edilib.

Yenicag.az xəbər verir ki, şəhid Məhərrəm Səmədovun Nyu-York ştatında yaşayan nənəsi Gövhər xanıma Dünya Azərbaycanlıları Konqressinin Amerikadakı nümayəndəsi Esmira Əsgərovanın təşkilatçılığı ilə Türk Amerikan Milli Yönləndirmə Komitəsi (TASC) tərəfindən üçrəngli Azərbaycan bayrağı təqdim edilib.

Bayrağı şəhidimizin nənəsinə TASC Türki Cümhuriyyətlər təmsilcisi Sami Görgülü təqdim edib.

Mərasimə qatılan yəhudi əsilli xanımlar və türklər Gövhər xanıma başsağlığı verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600