Azərbaycanda şirkət işçisi seyfdən 35 min manat oğurlayıb

media-hightechnic-468x90

Oğurluq edən şəxs tutulub

Azərbaycanda şirkətin seyfindən oğurluq edən şəxs tutulub.

“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da “Koroğlu” MMC-yə məxsus seyfdən 35000 manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Koroğlu” MMC Azərbaycan Respublikası ərazisində qənnadı məmulatlarının topdan və pərakəndə satışı ilə məşğuldur.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600