!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda tələbələrin köçürülməsi başa çatdı

!Reklam – Yazi

Azərbaycanda tələbələrin köçürülməsi prosesi başa çatıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 17-də başlayan elektron sənəd qəbulu bu gün bitib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək doqquz minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv