Bakıda Türkiyə Maarif Vəqfinin təhsil layihələri ilə bağlı tədbiri KEÇİRİLDİ – FOTO

media-hightechnic-468x90

Bu gün Bakıda Türkiyə Maarif Vəqfinin (TMV) quruluşundan bu günə qədər fəaliyyəti, dünyada, Türk dünyasında və Azərbaycandakı fəaliyyəti, təhsil layihələri, tədris proqramları və gələcək perspektivləri haqqında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş Azərbaycan Beynəlxalq Maarif Məktəbləri – Gənclik kampusunda media nümayəndələrinin iştirakı ilə baş tutub.

Toplantıda TMV İdarə Heyətinin üzvü Prof.Dr. Mehmet Özkan, TMV Asiya və Sakit Okean ölkələri üzrə məsul departamentinin rəhbəri Salih Sağır və TMV Azərbaycan təmsilçisi Dr. Serdar Gündoğan iştirak ediblər.

Görüş çərçivəsində Azərbaycan və Türkiyə sahəsində iqtisadi, siyasi əməkdaşlıq, xüsusilə təhsil sahəsindəki inkişafdan bəhs olunub.

Daha sonra TMV təmsilçiləri və media nümayəndələri arasında səmimi söhbət keçirilib və tədbir iştirakçıları üçün müxtəlif təamlar təqdim olunub.

 

Nəsimi Ələsgərli

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600