!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda uçot dərəcəsi artırılacaq? - "Həyata keçirilən fiskal maliyyə siyasəti..." - ŞƏRH

!Reklam – Yazi

Bu il qlobal inflyasiya fonunda əksər ölkələr uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərar qəbul ediblər. Avropa Mərkəzi Bankı bu ilin üçüncü rübünün əvvəlində aktivlərin geri alınmasını başa vuracaq və bundan bir müddət sonra uçot dərəcələrini artırmağa başlayacaq. ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) isə hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir. Qlobal inflyasiya fonunda Azərbaycanda uçot dərəcəsi ilə bağlı vəziyyət maraq doğurur.

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda uçot dərəcəsinin artırılmasına təsir edəcək amillər yoxdur:

“Bu gün dünyada uçot dərəcəsinin artırılması ilə bağlı mərkəzi banklar tərəfindən sərt maliyyə, pul-kredit siyasəti həyata keçirilir. Bu, əsasən, inflyasiyanın cilovlanması üçün bir tədbirdir. Azərbaycanda isə uçot dərəcələri yetərincə yüksəkdir və artırılmasına ehtiyac yoxdur. Çünki ölkəmizdə real uçot dərəcəsi 7.5-9 faiz səviyyəsinə çatıb. Gələcəkdə uçot dərəcəsinin artırılması gözlənilmir. Mərkəzi Bankın hazırda həyata keçirdiyi bir sıra layihələr var ki, bu, kreditlərin şəffaflaşdırılmasına xidmət edir. Həmçinin istehlak kreditlərinin portfelinin azaldılması nəzərdə tutulub. Fikrimcə, bu addımlar inflyasiya səviyyəsinin azalmasına əhəmiyyətli təsir edəcək. Ümumilikdə, Mərkəzi Bank tərəfindən həyata keçirilən fiskal maliyyə siyasəti öz bəhrəsini verəcək, uçot dərəcəsinin artırılması və digər sərtləşmələrə ehtiyac qalmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv