Azərbaycanda vaksin olunanların SAYI AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 746 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 884 266, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 033 751 təşkil edir.