Ankarada “Heydər Əliyev və Türk Dünyası” paneli keçirildi - FOTO

media-hightechnic-468x90

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ankarada “Heydər Əliyev və Türk Dünyası” adlı panel təşkil olunub.media-thumbs_b_c_c45478901dd9790d1557284b54264529

Yenicag.az xəbər verir ki, tədbir TADİV-in Şuşa Konqres Mərkəzində keçirilib.

Panelə TADİV sədri professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyətinin Ankaradakı səfirləri, eləcə də müxtəlif ölkələrdən rəsmi və akademik nümayəndələr qatılıb.media-2025_05_20250505_2_68886128_112548008

Aygün Attar çıxışında bildirib ki, Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli şəxsiyyətdir və Türk Dövlətləri Təşkilatının ideya müəllifidir.

Səfir Rəşad Məmmədov isə qeyd edib ki, prezidentliyi dövründə Əliyev Türk dövlətləri ilə münasibətləri prioritet sayıb və bu siyasət Azərbaycan üçün mühüm nəticələr verib.

Digər çıxış edənlər də Heydər Əliyevin türk dünyasının birliyinə, dövlətçiliyin möhkəmləndirilməsinə və regional layihələrə verdiyi töhfələri xüsusi vurğulayıblar. Paneldə həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitab təqdim olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600