Reklam: High Technic
hightechnic

Azərbaycanda xərçəngdən ölənlərin sayı arta bilər

“Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılmış təhlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87%-i qeyri-infeksion xəstəliklərin (QİX) payına düşür: “Ürək-damar xəstəliklərindən ölənlərin sayı 51%, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11%-dir”.

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində Azərbaycanda QİX, habelə ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Azərbaycan da orta gəlirlli ölkələrə aid edilir”.

www.yenicag.az

1319